Tarix : 2011 Mar 10
Kod 21834

Beynəlxalq Dənizçilik Təşkilatı İrana təşəkkür edib

Beynəlxalq Dənizçilik Təşkilatı bir məktubda dəniz ticarətinin təhlükəsizliyinə köməyə görə İran İslam Respublikasına təşəkkür edib
IIR servsi/Aran agentliyi

Beynəlxalq Dənizçilik Təşkilatı bir məktubda dəniz ticarətinin təhlükəsizliyinə köməyə görə İran İslam Respublikasına təşəkkür edib.

İran İslam Respublikası Gəmiçilik Təşkilatının informasiya xidmətinin verdiyi məlumata əsasən, Beynəlxalq Dənizçilik Təşkilatı bu təşkilata üzv digər hökumətlərin əməkdaşlığı ilə Somali sahilləri və Ədən körfəzində ticarət yollarında təhlükəsizliyin təmin olunması istiqamətində İrana təşəkkür edib.

Bu təşkilatın müdiri Oftimius Mitruplus habelə İranın Liman və Dənizçilik Təşkilatının təsis olunmasının 75 illiyini təbrik edərək bildirib: İran 1958-ci ildə Beynəlxalq Dənizçilik Təşkilatının fəaliyyətə başlaması ilə yanaşı bu təşkilata üzv olub və həmişə bu təşkilatla təsirli əlaqəyə malik olaraq onunla əməkdaşlıq edib.

  • Yazılıb
  • da (də) 2011 Mar 10