Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə qiymətlərin artmasından nigaranlıq edib, və qiymət artıranları hədələyib
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə qiymətlərin artmasından nigaranlıq edib, və qiymət artıranları hədələyib.
Bakı mediasının məlumatına görə İlham Əliyev deyib: "KİM QİYMƏTİN SÜNİ ŞƏKİLDƏ ARTIMI İLƏ MƏŞĞUL OLMAQ İSTƏYİRSƏ, FİKİRLƏŞSİN Kİ, ONU HANSI AQİBƏT GÖZLƏYİR!!"
Prezident İlham Əliyev martın 9-u Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəyə yekun vurarkən sosial-iqtisadi məsələlərə toxunub.
İlham Əliyev vurğulayıb : "Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artıb. Mən göstəriş verdim ki, araşdırsınlar. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq var. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar. "
Eyni halda, Prezident İlham Əliyev sahibkara qarşı edilən təziqləri də qanunsuz sayıb və deyib : " Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox hallarda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcək."
İlham Əliyev əlavə edib : " Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaq. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir!!"
Prezident İlham Əliyev həmçinin deyib : " İndi dünyada neft bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara öz təsirini göstərəcək. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaq".
Paytaxtın və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə İlham Əliyev başqa problemlərə də toxunub: "Evlərin qeydiyyata alınması problemi var. Biz bu problemi həll etməliyik. Ancaq elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər! "
Şəhər və şəhərətrafı yolların bərbad vəziyyətdə olduğunu etiraf edən Prezident İlham Əliyev deyib : " Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyil."
" Dözülməz haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?" deyə Prezident İlham Əliyev vurğulayıb.
İlham Əliyevin göstərişi elə bir haldadır ki, Azərbaycan Respublikasında sosial problemlərlə bağlı Nardaran, Sabirabad və Tovuzda etiraz aksiyası keçirilmişdir. Həmçinin bir sıra partiya və qruplar 11-12 martda etiraz nümayişlərinə hazırlaşırlar.