Tarix : 2011 Mar 10
Kod 21836

Müxalifət ''11 Mart-Böyük Xalq Günü'' yürüşündə israrlıdır

Azərbaycan Respublikası hökuməti ilə müxalif olan partiya və siyasi qruplar ''Facebook'' saytında bir səhifə açmaq və əhali arasında xüsusi vərəqələr yaymaq yolu ilə xalqı Bakıda ''11 Mart-Böyük ...
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikası hökuməti ilə müxalif olan partiya və siyasi qruplar "Facebook" saytında bir səhifə açmaq və əhali arasında xüsusi vərəqələr yaymaq yolu ilə xalqı Bakıda "11 Mart-Böyük Xalq Günü" mitinqində iştiraka dəvət ediblər.

İndiyə kimi minlərlə nəfər "Fasebook" saytında "11 Mart-Böyük Xalq Günü" səhifəsinə yaddaş qoyaraq, bu aksiyanı himayə edib. Eyni zamanda ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza çərşənbə günü müxalifət liderlərindən olan qərbyönlü Müsavat Partiyasının sədri İsa Qəmbər ilə görüşüb və insanların azad toplaşma hüququnu müdafiə edib. Brayza eyni zamanda bildirib ki, ABŞ səfirliyi son günlər saxlanılan siyasi fəalların azadlığa buraxılması üçün lazımı tədbirlər görəcək.

Müsavat Partiyasının sədri İsa Qəmbər də son zamanlar bildirib ki, partiyanın "Facebook" saytı vasitəsi ilə 11 Martda hökumətə qarşı etiraz aksiyası təşkil etməyə çalışan 5 üzvü polis tərəfindən həbs edilib.

M.Brayza bundan öncə də Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə də görüşərək, onunla 11 və 12 mart üçün planlaşdırılmış etiraz aksiyaları haqda danışıb. Bu görüşdə Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi Yeva Kupça da iştirak edib.

Azərbaycan Respublikası rəsmiləri ABŞ səfirinin müdaxilə xarakterli hərəkətlərinə heç bir reaksiya göstərməyiblər. Amma, 11 Mart aksiyalarına reaksiya olaraq hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov partiyanın gənclər təşkilatının üzvləri ilə görüşdə onlardan istəyib ki, internet saytlarında aktivlik nümayiş etdirsinlər və Azərbaycan gənclərinin aldanmasına mane olsunlar.

Yeni Müsavat qəzeti isə iddia edib ki, Bakı şəhərinin girişləri, vağzallar və gənclərin şübhəli hesab edilən səfərləri ciddi nəzarət altında saxlanılır.

11 Martda müxaliflərin Azadlıq meydanında etiraz aksiyasına hazırlaşmaları ilə yanaşı Müsavat Partiyası bildirib ki, martın 12-də etiraz aksiyası təşkil edəcək.

Müasir Müsavat və Milli İstiqlal partiyaları da bu etiraz aksiyalarını himayə ediblər. Buna baxmayaraq, Demokrat Partiyası bildirib ki, Azərbaycan Respublikasında ümumi etiraz aksiyalarının təşkili üzrə ictimai istək mövcud deyil.

Sabirabad və Saatlıda bir neçə kəndin sakinləri də bildiriblər ki, 9 ay öncə daşqınlar nəticəsində evləri və əkin sahələrinin su altında qalmasına görə dəyən zərər və ziyanlar habelə, sosial problemlərlə əlaqədar martın 12-də etiraz aksiyası təşkil edəcəklər.

Bundan öncə Azərbaycan İslam Partiyasının müvəqqəti sədri də bu partiyanın etiraz aksiyası təşkil etmək fikrində olduğundan xəbər vermişdi.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə bir bəyanat yayaraq xəbərdarlıq edib ki, icazəsiz etiraz aksiyalarına qarşı ciddi tədbirlər həyata keçirəcək.

Azərbaycan Respublikası hökumətinin anti-İslam siyasətlərinin genişlənməsi, islamçı fəalların və hicab qadağasına etiraz edənlərin həbs edilməsi, sosial problemlərin həll edilməməsi və korrupsiyanın genişlənməsi ölkədə ictimai narazılıqların baş qaldırmasına səbəb olub.

  • Yazılıb
  • da (də) 2011 Mar 10