Tarix : 2011 Mar 10
Kod 21837

AXCP və Müsavatın Nardaran aksiyasında iştirakı medianın diqqətini cəlb edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası nümayəndələrinin çərşənbə günü Nardaranda sosial problemlərlə əlaqədar etiraz aksiyasında iştirak etmələri KİV-lərin diqqətini cəlb edib
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası nümayəndələrinin çərşənbə günü Nardaranda sosial problemlərlə əlaqədar etiraz aksiyasında iştirak etmələri KİV-lərin diqqətini cəlb edib.
Kontakt xəbər portalı bu haqda yazıb: "Nardaranda sosial və siyasi tələblərlə növbəti etiraz aksiyası keçirilib. Maraqlıdır ki, bu dəfə aksiyada Müsavat və Xalq Cəbhəsi partiyalarının nümayəndələri iştirak ediblər".
Bu sayt sonra əlavə edib: "Eyni zamanda, yerli icra hakimiyyəti nümayəndələri də aksiyada iştirak ediblər".
Kontakt saytı həmçinin yazır: "Ənənəvi olaraq islamçıların dayağı hesab olunan qəsəbə sakinləri ilə sağçı müxalifət nümayəndələrinin birləşməsini nəzərə alsaq, hazırkı aksiya əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Bu alyans hakimiyyətə qarşı duranların mövqeyini və gücünü xeyli artırır".
İndiyə kimi hakimiyyət tərəfindən ən mühüm müxalifət kimi adlandırılan siyasi partiyaların Nardaranda keçirilən etiraz aksiyasına qoşulmaları rəsmi Bakı tərəfindən və ölkə xaricində mühüm hesab edilib.

  • Yazılıb
  • da (də) 2011 Mar 10