Tarix : 2011 Mar 10
Kod 21838

Böyük Rəhbər: İslam İnqilabı regiondakı hadisələrin örnəyinə çevrilib

İslam İnqilabının Böyük Rəhbəri region xalqlarının islami oyanışını həqiqətən böyük və İran İslam Respublikasının ...
Azerbaijan servsi/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Rəhbərlik Xübrəqanı Məclisinin sədri və üzvləri ilə görüşdə bildiriblər ki, region ölkələrində baş verməkdə olan böyük hadisələr hələ yolun ilk mərhələsindədirlər və onun müxtəlif cəhətlərini dərk edərək, öz mühüm vəzifələrimizi yerinə yetirməliyik.

İslam İnqilabının Böyük Rəhbəri region xalqlarının islami oyanışını həqiqətən böyük və İran İslam Respublikasının mübarizə və inkişaf yolundakı qətiyyətliliyindən ülgü götürülmüş hərəkət adlandırıblar. O həzrət bu həssas mərhələdə ölkə rəsmilərinin və siyasətçilərin öhdəsinə düşən mühüm məsuliyyətləri açıqlayaraq, xalqın səhnədəki iştirakını və islami şüarları regionda baş verən hadisələrin 2 mühüm xüsusiyyəti adlandırıblar.

Həzrət Ayətullahül-üzma Xamenei söhbətlərinin davamında xalqların mübarizə və təhlükə meydanındakı iştirakı və müqavimətini onların qələbəsinə zəmanət verən amil adlandırıblar və deyiblər: 32 il bundan öncə İranda olduğu kimi xalqın səhnəyə daxil olduğu zaman ilahi qüdrət, onların iradəsini və əzmkarlığını daha da gücləndirmiş və qələbələrini qətiləşdirmiş olur.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin xatırladıblar ki, Allahın xalqların iradəsini himayəsi sayəsində yalnız asılı, zülmkar və zorakı başçılar yox, ABŞ və dünyanın digər zorakı və zalım qüdrətləri də amansızlıqlarına və qırğınlarına baxmayaraq, sonda xalqlar qarşısında məğlub olurlar. Necə ki, cari hadisələrdə bu şövq-verici həqiqətin şahidi oluruq.

Həzrət Ayətullahül-üzma Xamenei İslam İnqilabının ülgüyə çevrilməsini regiondakı mühüm hadisələrdə təsirli amillərdən adlandırıb və deyib: İslam İnqilabının qələbə çalması, İslam Respublikasının təsis edilməsi, İslam quruluşunun güclü, davamlı olması və hər gün yeni nailiyyətlər əldə etməsi region xalqlarının gözləri önündə izzət və şəxsiyyət bəxş edən bir ülgü olaraq qərar tutub və onları öz təsiri altına alıb.

  • Yazılıb
  • da (də) 2011 Mar 10