Azərbaycan Respublikası Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) neft sahəsində işləyən fəhlələrin tez tez həlak olma hallarından narahatçılıq bildirib
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikası Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) neft sahəsində işləyən fəhlələrin tez tez həlak olma hallarından narahatçılıq bildirib.
İki neftçinin Çərşənbə günü Bakıda vəzifəsini yerinə yetirərkən həlak olmasından xəbər verən komitədən bildiriblər ki , bu hadisə ilin əvvəlindən ARDNŞ strukturlarında ölümlə nəticələnən altıncı hadisədir.
NHMK rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, son vaxtlar əmək mühafizəsi sahəsində vəziyyət çox pisləşib. "Əgər ötən il ARDNŞ-də 10 neftçi həlak olmuşdusa, bu ilin əvvəlindən ölümlə nəticələnən hadisələr altıya çatıb. Amma bu faciəvi hadisələrə görə ARDNŞ-nin əmək mühafizəsinə məsul olan vəzifəli şəxslərindən kimsə cəzalandırılmayıb", - deyə Qəhrəmanlı bildirib.