Mitinq çağırışlarından sonra Azərbaycan Respublikasında bəzi mallarda ucuzlaşma başlayıb!
Azerbaijan servsi/Aran agentliyi
Mitinq çağırışlarından sonra Azərbaycan Respublikasında bəzi mallarda ucuzlaşma başlayıb!
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məlumat verib ki, yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınmışdır.
Bundan başqa, yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınmışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətlərin süni şişirdilməsi, qiymətlərlə manipulyasiya hallarının qarşısının alınması məqsədi ilə araşdırma və monitorinqlərini davam etdirəcəyini vəd edib.
Hələlik məlum olan odur ki, yumurtanın qiyməti 15 qəpikdən dən aşağı endirilərək 12 qəpiyə salınıb.