Müsavat Partiyası martın 12-də Bakıda keçirmək istədiyi mitinqlə bağlı son qərar verib
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Müsavat Partiyasının rəhbərliyi bu gün toplantı keçirib. Toplantıda sabaha təyin olunan mitinqin harada və saat neçədə keçirilməsi müzakirə edilib. Mitinqin 12 mart saat 14-də Fəvvarələr meydanında keçirilməsi qərarı verilib. Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.
Partiyadan o da bildirilib ki, sabahkı mitinqlə bağlı bu gün Müsavat Partiyası başqanının müavini Tofiq Yaquqblu Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Onunla mitinqin məqsədəuyğun olmadığı və məsuliyyət yaradacağı barədə söhbətin aparılacağı gözlənilir. Söhbətdə şəhər prokurorluğunun məsul işçisi də iştirak edəcək.