Bu dəqiqələrdə metronun 28 May satansiyasının qarşısından təxminən 20 yaşlı bir gənc həbs olunaraq naməlum istiqamətə aparılıb
Azərbaycan servisi/Aran agentliyi
18.54: Bu gün həbs olunan Əli Əkbər, Mirislam Nəzərov, Üzeyir Məmmədzadə, Cəmil Hacıyev, Emin Fərhadi, Emin Əlisoy, Vüsal Rzasoy, Rüfət Abbasov, Vüsal Xəlilov, Mikayıl Bəybalayev, Anar Süleymanov, Fuad Hacıyev, Zaur Qurbanlı, Turqut Qəmbər, Camal Mirzəməmmədov, Təbriz Önər, Emin Axundov Şahvələd Çobanoğlu, Ülvi Həsənli, Nərmin Həsənli, Bəyim Həsənli arasından 3 nəfərə Rüfət Abbasov, Ülvi Həsənli və Kamal adlı şəxsə Səbail Rayon Məhkməsi 10 sutka həbs cəzası kəsib.
***
18.00: Müsavat Gənclər Təşkilatının sədr müavini Rüfət Hacıbəyli polis tərəfindən saxlanıldı. İndi o Yasamal rayon məhkəməsinə aparılır. Dediyinə görə keçmiş basin küçəsiylə gedərkən ÇPA əməkdaşları onu saxlayaraq fəallardan olduğunu bildirib və Yasamal rayon polis idarəsinə aparıblar.
***
15.35: Verilən məlumata görə, Şahvələd Çobanoğlu və saxlanılan bütün jurnalistləri buraxılıb.
***
14.15: Tanınmış jurnalistlər Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, hüquq müdafiəçisi Anar Məmmədov, habelə Nərmin Həsənli və Emin Həsənli polis tərəfindən saxlanılaraq 37-ci polis bölməsinə aparılıblar. Jurnalistləri "Tarqovı"da "Eynulla Fətullayevə azadlıq" şüarı səsləndirdiklərinə görə saxlayıblar.
***
13.45: Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılov «28 May» metrostansiyası yaxınlığında jurnalistlərə bildirib ki, indiyədək 10 nəfər saxlanılıb. Eləcə də jurnalistlərə «Çıxın gedin, daha aksiya qurtardı» deyib.
***
13.35: «Nida» Vətəndaş Hərəkatının iki üzvü də saxlanılıb: Mirislam Nəzərov və Üzeyir Məmmədzadə.
***
13.17: Aldığımız məlumata görə, saxlanılanlar arasında yaşı 40-ı adlamış, keçmiş prezidentliyə namizəd, Liberal Demokrat Partiyasıının sədri Fuad Əliyev də var.
***
13.09: Daha bir ADP fəalı Emin Fərhadlı da saxlanılıb. Saxlanılanların hamısı Nəsimi rayon 19-cu polis bölməsinə aparılırlar.
***
13.05: Əməkdaşımızın bildirdiyinə görə, Neft Akademiyası tərəfindən şüar səsləndirərək hərəkətə başlayan 10-a yaxın gənc saxlanılıb. ADP Gənclər Təşkilatının fəalı Cəmil Hacıyev də saxlanılanlar arasındadır. Polis çətinliklə də olsa onu maşına sala bilib. "Azadlıq" radiosunun əməkdaşının sifətinə isə polis yumruqla zərbə endirib. Zərbə nəticəsində o ciddi bədən xəsarəti alıb.
***
12.54: AXCP üzvü Mikayıl Bəybalayev də saxlanıldı. Əməkdaşımızın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin içi hərbçilərlə dolu cip markalı maşınları da bu dəqiqələrdə əraziyə gəlib.
***
12.40: Polis metronun yaxınlığında Anar Süleymanov adlı bir gənci də saxlayıb.
***
12.38: İki gün öncə polis tərəfindən saxlanılmış Fuad Hacıyev yenidən həbs olunub. Qeyd edək ki, sözügedən gənc dostu Orxan Bayramovla üzərinə 11 martla bağlı şüar yazılmış köynəkləri mətbəədən götürürkən saxlanılmışdı. Köynəklər polis tərəfindən cırıldıqdan sonra gənclər buraxılmışdı.
***
12.36: Bakı Dövlət Universitetinin ətrafı polislərin nəzarətindədir. Universitetin bütün qapıları bağlıdır. Ora giriş-çıxış yalnız bir yerdən – kiçik darvazadan mümkündür.
***
12.28: Anar Süleymanov adlı daha bir gənc həbs olunub. Polis 28 May metrostansiyasının ətrafında böyük barrikadalar qurub. Ərazidə çoxlu sayda Çevik Polis Alayının əməkdaşları var.
***
12.15: Fuad Əliyev adlı bir tələbə də polis tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb.
***
11.49: "11 Mart" aksiyasının həbs dalğası genişlənir. Bu dəqiqələrdə aldığımıza məlumata görə, həbs olunanlar arasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də var. Bundan əlavə ictimai fəal gənclərdən hesab olunan yazar Əli Əkbər, «Nida» Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Təbriz Önər saxlanılıb. Gənclər qırmızı köynək geyiblərmiş.
***
11.30: FaktXeber.com-un 28 May metrostansiyası qarşısınıdakı meydanda olan müxbirinin verdiyi məlumata görə, hazırda ərazidə mitinq ab-havası hiss olunmasa da, ətrafdı çoxslu sayda mülki geyimli şəxslər keşik çəkirlər və bir neçə polis maşını var.
Heç bir aksiya keçirilməməsinə baxmayaraq, artıq təxminən 20 yaşlarında olan bir nəfər gənc həbs edilib.
Ərazidən keçən başqa bir şəxs də həbs olunub. O Səbayel rayon İcra Hakimiyyətinin işçisi olduğunu söyləməsinə baxmayaraq, polis maşınına oturdularaq aparılıb.