Tarix : 2011 Mar 12
Kod 21864

Moskvada Azərbaycan səfirliyi önündə aksiya

Azərbaycanın orta məktəblərindəki hicab qadağasına və dindarların son həbslərilə bağlı bu gün Azərbaycanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycanın orta məktəblərindəki hicab qadağasına və dindarların son həbslərilə bağlı bu gün Azərbaycanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

İslam-Azeri.az İnternet qəzetinə Moskvadan verilən məlumata görə, yerli saatla 11:00-dan 12:00-a kimi Azərbaycanın diplomatik missiyasını Rusiyada həyata keçirən binanın qarşısında aksiya keçirilib.

Rusiya qanunlarına görə, 15 nəfərdən artıq şəxsin bu tip yerlərdə aksiya keçirməsi qadağan edildiyinə görə, 15 nəfərlik aksiya insidentsiz keçib.

Növbəti aksiyanın 4 fevralda keçiriləcəyini saytımıza bildirən soydaşlarımız həmçinin icazəli böyük mitinq hazırladıqlarını da önə çəkiblər.

Aksiyada həbs edilmiş dindarların şəkilləri, həmçinin "hicaba azadlıq" şüarları yazılmış plokatlar tutan aksiya iştirakçıları "Azərbaycanda insan haqları yoxdur. Konstutusiya qanunları işləmir. Polis rejimi hökm sürür" plokatı isə rus dilində olub. 

  • Yazılıb
  • da (də) 2011 Mar 12