Tarix : 2011 Mar 12
Kod 21866

“Hicab və hicab məhbusları haqda susmaq haramdır!”

Bu sözləri Azərbaycandan Türkiyədə insan haqları ilə bağlı tədbirə qatılan ruhani Hacı Abgül Suleymanov bildirib
Azərbaycan servisi/Aran agentliyi

Bu sözləri Azərbaycandan Türkiyədə insan haqları ilə bağlı tədbirə qatılan ruhani Hacı Abgül Suleymanov bildirib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti məlumat verir.

O, çıxışı zamanı xalqın hüquqlarının əllərindən alındığını, seçkilərdə saxtakarlığın olduğunu, məhkəmə sisteminin hökümətin nəzarətində olduğunu bildirib.

“İslam Peyğəmbəri və ya İslami dəyərlər təhqir olunanda hüquq mühafizə orqanları söz azadlığına görə onları həbs etmirlər. Hətta onlara müraciət edəndə belə bunun şahidi oluruq. Lakin ruhanilər və ya siyasi xadimlər açıqlama verən kimi, onlar həbs edilirlər. Hətta jurnalistlərdən də bu təzyiqlər yan keçmir. Xalqın rifahı yoxdur. İbtidai haqları məmurlar tərəfindən pozulur. Hətta milli bayramlarında borcla süfrə qururlar. Bu Azərbaycanın reallığıdır. Adətən xalqını nökər edənlər özləri kimlərinsə nökəri olurlar. Bunu tarixdə görmək olar. Lakin bu cür hökümətlər xalqın cisimlərinə hakimdirər. Xalqı zülmlə idarə etmək olmaz. Bunun sonu xalq üsyanı ilə bitir. Ərəb ölkələri göz qabağındadır. Bu gün, istər xalqın rifahı, istərsə də mənəvi dəyərlərinin tapdalandığı bir vaxtda kim sükut edərsə, şeytan və onun dostlarının güclənməsinə səbəb olur” deyən Hacı Abgül, hicab və hicab məhbusları haqqında danışmamağın haram olduğunu bildirib.

Quran yandırmaqla Quran hafizini həbsdə saxlamağın oxşar bir iş olduğunu önə çəkən Hacı Abgül daha sonra bildirib: “Əgər ABŞ Quran yandırırsa, bu iqtidar Quran hafizini həbsə atıb. Quran Hafizini həbsdə saxlamaq bəşərə zülmdür. Haqq uğrunda həbs olunanları tək qoymaq səhv bir addımdır. Buna görə Qiyamətdə cavab verəcəyik. Mən Hacı Zülfüqar və Hacı Mövsümü özümə lider qərar verirəm və onların azadlığı üçün son nəfəsimə kimi əlimdən gələni edəcəyəm. Azərbaycanlı müsəlman qardaş və bacılarımız da hicab və hicab məhbuslarını müdafiədə süstlük etməsinlər. Öz güclərini zəif bilməsinlər. Zahiri gücə baxmasınlar. Güc Allaha bağlı olmaqdadır. Allaha bağlı olanlar güclüdürlər. Allah bizi hicab və hicab məhbuslarını müdafiə edənlərdən qərar versin. Bu ən böyük şərəfdir. Şərəf uğrunda ölmək isə, şəhadətdir”.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Mar 12