/Aran agentliyi
Azər Ayxan (“Yeni Müsavat” qəzetinin redaktoru):
“Bu aksiya Azərbaycanda ciddi bir dönüş olacaq. 12 martı növbəti mərhələnin başlanğıc günü hesab edirəm. Misir və Tunisdən sonra Azərbaycan insanında bir ruh yüksəkliyi, inam yaranıb. Və ən əsası YAP hökumətinin də bir gün xalqın iradəsilə istefaya gedə biləcəyi təsəvvürü formalaşıb. Nəhayət ki, hökumətin illərdən bəri apardığı anti-mitinq təbliğatı əks effekt verməyə başladı. Azərbaycanlılar gördü ki, zülmdən, istibdaddan, anti-xalq rejimindən qurtulmağın yolu küçələrə çıxıb etiraz etməkdən keçir. Bu nəbz yoxlamasından sonra İctimai Palatada cəmləşən partiyaların, həmçinin, digər siyasi birliklərin iştirakı ilə ümumrespublika mitinqi keçirilməlidir. Xalq müxalifətin fəallaşmasını gördükden, buna əmin olduqdan sonra meydanlarda onu (müxalifəti) tək qoymayacaq.