Tarix : 2011 Mar 13
Kod 21910

Ermənistan prezidenti ABŞ-ın yardımlarını alqışlayır

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ dövlət katibinin müavini Ceyms Staynberq və onu müşayiət edən heyət, o cümlədən ABŞ dövlət ...
Ermənistan servsi/Aran agentliyi

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ dövlət katibinin müavini Ceyms Staynberq və onu müşayiət edən heyət, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordonla görüşdə Vaşinqtonun Ermənistan və Qarabağ erməni separatçılarına olan yardımlarını alqışlayıb.

Armenia Today-in verdiyi məlumata əsasən bu görüşdə Amerika dövlət katibinin müavini də Barak Obama hökumətinə qoşulduqdan sonra Ermənistana üçüncü dəfə səfər etdiyinə toxunub və səfəri ilə ABŞ və Ermənistan əlaqələrinin möhkəmlənməsinə səbəb olduğuna görə razılığını ifadə edib.

Ceyms Staynberq deyib: Cənab prezident! Qeyd etdiyiniz kimi bu ardıcıl görüşlər, habelə bu ilin fevral ayında sizin Almaniyanın Münhen şəhərində ABŞ-ın dövlət katibi ilə görüş, ötən il Vaşinqtonda Obama ilə görüşünüz və əlbəttə mənim Ermənistana səfərim ABŞ və Ermənistan əlaqələrinin möhkəmliyinin nişanəsidir.

Bu görüşdə habelə iki tərəf regional təhlükəsizlik məsələləri, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi barəsində fikir mübadiləsi aparıb.

  • Yazılıb
  • da (də) 2011 Mar 13