Tarix : 2011 Mar 13
Kod 21911

İranın Bakıdakı səfirliyi 9 yaşlı uşağın qətlə yetirilməsini pislədi

İran İslam Respublikasının Bakıdakı səfirliyi Ağdam rayonunda təmas xətti yaxınlığında 9 yaşlı bir uşağın qətlə yetirilməsi ilə əlaqədar erməni hərbçilərin cinayətini kəskin şəkildə pisləyib
Azerbaijan servsi/Aran agentliyi

İran İslam Respublikasının Bakıdakı səfirliyi Ağdam rayonunda təmas xətti yaxınlığında 9 yaşlı bir uşağın qətlə yetirilməsi ilə əlaqədar erməni hərbçilərin cinayətini kəskin şəkildə pisləyib.

Bakıdakı müxbirimizin məlumatına əsasən, İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin katibi Abbas İsgəndəri İran səfirliyinin bu hadisədən narahat olduğunu bildirib: Uşaqlar məsumluq, sülh və paklıq simvollarıdır və mülki vətəndaşlar, xüsusilə uşaqlar qorunmalıdırlar.

İranın Bakıdakı səfirliyi habelə bildirib ki, Biləsuvar keçid məntəqəsində izdihamın yaranması ilə əlaqədar xəbərlər doğru deyil.

İran İslam Respublikasının Bakıdakı konsulluğunun başçısı Behruz Mirzayi də deyib: Biz Azərbaycan tərəfinə vətəndaşların gediş-gəlişinin asanlaşdırılması məqsədilə vahid sərhəd pəncərəsinin yaradılmasını təklif etmişik.

Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi İqtisadi komitəsinin sədri Nəzər Nemət Əliyev azərbaycanlı vətəndaşların İrana səfərinin çoxalmasının Azərbaycan Respublikasında inflyasiyanın kəskin şəkildə artması və bu ölkədə müalicə xidmətlərinin bahalı olmasından qaynaqlandığını bildirib.

  • Yazılıb
  • da (də) 2011 Mar 13