Tarix : 2011 Mar 13
Kod 21912

Ə.Laricani: İran region xalqlarının iradəsini aşkar şəkildə himayə etdi

İranın İslam Şurası Məclisinin sədri deyib:'' Regionda cərəyan edən son olaylar mövzusunda İran xalqların diktaturalardan qurtulmaq üzrə iradəsini himayə etdi''
IIR servsi/Aran agentliyi

İranın İslam Şurası Məclisinin sədri deyib:" Regionda cərəyan edən son olaylar mövzusunda İran xalqların diktaturalardan qurtulmaq üzrə iradəsini himayə etdi".

FARS xəbər agentliyinin verdiyi məlumata əsasən bu gün bazar günü ( 13 mart) Tehranda 2-ci Milli Müqavimət və Qeyri-amil Havadan Müdafiə Festivalında çıxış edən Əli Laricani region və Yaxın və Orta-Şərqdə cərəyan edən son hadisələrə toxunaraq deyib: "Qərb ölkələrinin bir çoxu regionda cərəyan edən son hadisələr haqda ikili formada davrandılar və hətta Liviya mövzusunda da ikili mövqe maliki idilər və həyata keçirdikləri hər bir hərəkətləri yalnız öz mənafeləri istiqamətindədir ki, gələcəkdə ondan istifadə edə bilsinlər".

İranın İslam Şurası Məclisinin sədri deyib: "İran, xalqların iradələrini himayə edir, çünki xalqların iradəsinin onların haqı olduğu qənaətindədir. Hər bir xalq öz iradəsi ilə öz taleyini təyin etməkdə haqlıdır".

Əli Laricani " Amerikanın zorakı rəftarlarının dövrünün artıq sona çatığını" bildirərək deyib: "Region ölkələrinin xalqları Amerikanın onların inqilabları haqda idarəçilik və rəhbərlikdə rola malik olmamasını istəyirlər. Bu da Amerikanın boyunduruğu altında olmaq istəməyən region xalqlarının qiyamlarının dərinliyi və inqilablarının əsilliyinin göstəricisidir".

  • Yazılıb
  • da (də) 2011 Mar 13