Azərbaycan Respublikası hökuməti bu ölkə xalqını xəbər mənbələrinə əlinin çatmasında məhdudlaşdırmağı düşünür
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikası hökuməti bu ölkə xalqını xəbər mənbələrinə əlinin çatmasında məhdudlaşdırmağı düşünür.
Azərbaycan Respublikasının hökumət heyəti bir qərarla bildirib ki, Azərbaycan Respublikasında kabel yayımın gücləndirilməsi məqsədilə peyk antenaların ölkəyə idxalı dayandırılacaq.
Azərbaycan Respublikasının yerli mənbələrinin verdiyi məlumata əsasən, bu qərar gələn iki il ərzində icra olunacaq. Belə ki, şəxsi antenalar mənzillərin üzərindən yığışdırılacaq, birgə və mərkəzi antenalar mənzillər üzərində quraşdırılacaq. Nəticədə Azərbaycan Respublikası vətəndaşları yalnız hökuməti nəzərdə tutduğu kanalları izləyə biləcəklər.
Azərbaycan Respublikası hökuməti vətəndaşların azad informasiya vasitələrini izləməyinin qarşısını almaq məqsədilə bir neçə ildir ki, nəzərdə tutulmuş peyk yayımının idarə olunması siyasətini izləyir.
Bu gediş son 3-4 ay ərzində Beynəlxalq Səhər kanalının informasiya strategiyası, əsasən də hicabofobiyaya etiraz sahəsində Azərbaycan Respublikası hökumətinin nigaranlığı artıb və bəzi şəhər küçələrində peyk antenaları yığışdırılıb.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri bir neçə müddət öncə bildirib ki, Azərbaycan Respublikası rəqəmsal yayıma daxil olmaqla və peyk antenaları yığışdırılmaqla Beynəlxalq Səhər kanalı özü üçün proqram yayımlayacaq. Lakin Azərbaycan Respublikasının hələ rəqəmsal yayıma daxil olmadığı bir halda peyk antenalarının yığışdırılmasına daha tez başlanıb.