İmam Xomeyni (rə) imdad komitəsi bu komitənin təsis olunmasının 32 illiyi, habelə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasında yoxsullara xüsusi yardımlar edir
Azerbaijan servsi/Aran agentliyi
İmam Xomeyni (rə) imdad komitəsi bu komitənin təsis olunmasının 32 illiyi, habelə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasında yoxsullara xüsusi yardımlar edir.
Bakıdakı müxbirimizin məlumatına əsasən, İmam Xomeyni (rə) imdad komitəsinin Bakıdakı nümayəndəliyinin sədri Mahmud Seyyidi cümə axşamı günü deyib: Bu komitənin yeni köməkləri 54 ton önəmli yeyinti məhsulları, habelə mənzil vasitələrinin təmin olunması və 150 ailə və yeni ailə həyatı quranlara cehizliyə şamil olur.
Komitənin bəzi layihələrdə tam təmin etməni əldə etdiyinə toxunan Seyyidi deyib: İndiyə qədər Azərbaycan Respublikasında 1800 yoxsul ailə bu köməklərdən istifadə edib.
Bu məlumata əsasən bu komitənin yardım etdiyi ailələrə, Dağlıq Qarabağ müharibəsi qaçqınları və şəhid ailələri, başsız ailələr, yoxsullar və əlillər şamil olur.
Əzəmətli İran İslam İnqilabının banisi İmam Xomeyni (rə)-in fərmanı ilə yoxsullara yardım məqsədilə 5 mart 1979-cu ildə təsis olunmuş imdad komitəsi Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlayıb və hal hazırda bu respublikada minlərlə yoxsul ailəyə yardım edir.
Bundan öncə Azərbaycan Respublikası rəsmiləri dəfələrlə İmam Xomeyni (rə) İmdad komitəsinin yardımlarını alqışlayıblar. Bu istiqamətdə Azərbaycan Respublikası baş nazirinin 1-ci müavini Əli Həsənov ötən il dekabr ayında İmam Xomeyni (rə) İmdad komitəsinin sədri Hüseyn Ənvari ilə görüşdə yoxsullar və Dağlıq Qarabağ qaçqınlarına köməkdə İmam Xomeyni (rə) İmdad komitəsinin fəaliyyətini alqışlayıb. Dağlıq Qarabağ müharibəsi zamanı İranın təcili olaraq qaçqınların köməyinə çatmasına toxunan Həsənov bu köməkləri qiymətli sayıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov da bildirib ki, Azərbaycan Respublikasında İmam Xomeyni (rə) İmdad komitəsi, habelə Qırmızı Aypara Cəmiyyətinin göstərdikləri xidmətlər sadəliklə qeyd və təşəkkür edilməli məsələ deyil.
Sadıqov deyib: Hər zaman Azərbaycan Respublikası xalqına, hətta ən uzaq yerlərdə yardım etmək barəsində imdad komitəsindən kömək istəmişiksə, bir neçə gün ərzində istəyimizin reallaşdığının şahidi olmuşuq.
Qurban Sadıqov bildirib: İran təkcə Dağlıq Qarabağ müharibəsi zamanı deyil, hal-hazırda da bu köməklərini davam etdirir və qaçqınların problemləri həll olunmadığı üçün bu yardımların davam etməsini istəyirik.
Qeyd etmək lazımdır ki, lazımi vasitələr və nağd köməklərə şamil olan tibbi, təhsil yardımları, mənzilin əldə olunması və gənclərin ailə qurmasına köməkdən əlavə imdad komitəsi kömək etdiyi ailələrə özlərinə iş yeri qurmalarında da kömək edir.
İmam Xomeyni (rə) İmdad komitəsinin sədri Hüseyn Ənvari ötən il Bakıya səfərində Bakı şəhərində imdad komitəsinin İmam Əli (ə) klinikasının yoxsul xəstələrə pulsuz xidmətlər göstərdiyinə toxunaraq İmam Xomeyni (rə) İmdad komitəsi tərəfindən yaxın gələcəkdə Dağlıq Qarabağ qaçqınlarına aid xəstəxananın inşasından xəbər verib.