Tarix : 2011 Mar 13
Kod 21917

Saatlıda aksiya keçirildi

500-dən çox adam ayağa qalxdı; icra başçısı aksiyaçılarla danışıqlar aparır. Bu ikinci dəfədir ki Saatlıda sosiyal problemlərlə bağlı aksiya keçirilir
Azerbaijan servsi/Aran agentliyi

500-dən çox adam ayağa qalxdı; icra başçısı aksiyaçılarla danışıqlar aparır. Bu ikinci dəfədir ki Saatlıda sosiyal problemlərlə bağlı aksiya keçirilir.

Bakı qəzetlərinin verdiyi məlumata görə, Saatlı rayonunda sakinlər etiraz aksiyası keçirirlər. Bu gün saat 10:00-da 500-dən çox sakin rayonun mərkəzində yerləşən Muğan parkına toplaşaraq aksiyaya başlayıblar.

Aksiyaçılar sosial vəziyyətlərinin ağır olması və onlara kompensasiya verilmədiyi üçün etiraz edirlər. Məlumata görə, polis aksiyaçıların oradan uzaqlaşdırmaq üçün müdaxilə edərək onlara fiziki zor tətbiq edib. Aksiyaçılardan saxlanılan olsa da, sonradan onlar sərbəst buraxılıb. Aksiya ilə bağlı Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov müavinləri ilə birlikdə ora gəlib və sakinlərlə danışıqlar aparır. Hazırda aksiya davam edir.
Son həftələr Azərbaycan Respublikasının müxtəlif rayon və qəsəbələri o cümlədən Naradaran, Sabirabad və Tovuz da sosiyal problemlərlə bağlı aksiya keçirilmişdir. Qeyd edək ki Qərbyönümlü qrup və partiyalar martın 11 -12 də aksiya keçiriblər. Azərbaycan İslam Partiyasl da aksiya keçirməyə hazırlaşır.

  • Yazılıb
  • da (də) 2011 Mar 13