ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hökumətini jurnalist Eynulla Fətullayevi həbsdən buraxmağa çağırıb
Azerbaijan servsi/Aran agentliyi
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hökumətini jurnalist Eynulla Fətullayevi həbsdən buraxmağa çağırıb.
RATİ-nin məlumatına görə, Dunya Miyatoviçin martın 10-da yayılmış bəyanatında deyilir: "Martın 2-də Eynulla Fətullayev 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Baxmayaraq ki, o, Ədliyyə Nazirliyindən daha təhlükəsiz cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. Həyatına olan təhlükəyə görə, Eynulla Fətullayev karserə köçürülməyi xahiş edib."
ATƏT təmsilçisi əlavə edib : " Mən Eynulla Fətullayevin təhlükəsizliyi və sağlamlığı sarıdan çox narahatam. Azərbaycan hökumətini ATƏT qarşısında media azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməyə, jurnalistin və onun qohumlarının tam təhlükəsizliyini təmin etməyə çağırıram. Azərbaycan hakimiyyəti yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməməklə kifayətlənmir, həmçinin Eynulla Fətullayevə təzyiq göstərməkdə davam edir. Buna təcili son qoyulmalı, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalıdır. "
ATƏT və digər qərb təşkilatları adətən Azərbaycan Respublikasında islamçıların yatırılmasına etinasız qalırlar.