Tarix : 2011 Mar 13
Kod 21920

Bakı olayları dünya mediasında

11 və 12 Mart olayları region və dünya mediası tərəfindən nisbətən geniş şəkildə işıqlandırılıb
Azerbaijan servsi/Aran agentliyi

11 və 12 Mart olayları region və dünya mediası tərəfindən nisbətən geniş şəkildə işıqlandırılıb.
Türkiyədə fəaliyyət göstərən bəzi internet saytları martın 11-i və 12-də Bakıda baş verən hadisələrə bu başlıqlarla yer veriblər: "Azərbaycan gəncliyinin İlham Əliyevə qarşı 11 və 12 martı "Qəzəb günü" elan etməsi Əliyev hakimiyyətini şoka salıb.
"Habereditor" saytı Bakı olaylarına diqqət göstərərək, yazır: Azərbaycanlı insan haqları fəallarından Fuad Həsənov "Azərbaycan rəsmiləri, Ərəb dünyasında yaşanan hadisələrə görə gəncləri qorxutmaq istəyir" deyərək, həbslərə reaksiya verib.
Rusiyada da İTARTASS 12 mart hadisələri haqda yazıb: Bakı polisinin qanunsuz etiraz aksiyaları ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Bakıda etiraz aksiyası keçirildi. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bu məsələ ilə əlaqədar gənclərə təkid ediblər ki, xaricdən istiqamətləndirilən hərəkətlərin təsiri altına düşməsinlər.
Dünya səviyyəsində tanınmış media vasitələrindən əl-Cəzirə və Press.TV telekanalları da 12 martla bağlı olayları lazımı səviyyədə işıqlandırıblar.
Press.TV bu olaylarla bağlı bildirib ki, Azərbaycan Respublikası hökuməti ilə müxalif olan yüzlərlə nəfər Bakıda geniş etiraz aksiyası təşkil edərək, irsi yolla hakimiyyətə gəlmiş hökumətin istefasını və Konstitusiyanın dəyişilməsini istəyib.
Əl-Cəzirə kanalı da Ərəb ölkələrində cərəyan edən inqilab dalğasının Azərbaycan Respublikasına çatdığını bildirib.
Röyters xəbər agentliyi də martın 12-də Bakıda keçirilən etiraz aksiyasına işarə edərək, yazıb: Martın 11-də olduğu kimi 12 Mart etiraz aksiyası da geniş həbslərlə yanaşı oldu.

  • Yazılıb
  • da (də) 2011 Mar 13