Tarix : 2011 Mar 15
Kod 21942

Təhsil Nazirliyində təhvil-təslim başladı?

MİSİR MƏRDANOVUN İŞ KABİNETİNİN BOŞALDILDIĞI BİLDİRİLİR
/Aran agentliyi

Artıq bir neçə gündür ki, təhsil nazirliyində ciddi çaxnaşma var: "Misir Mərdanovun gedişi reallaşır".

AZADxeber.com-un "Poliqon Analitik İnformasiya Mərkəzi"-nə istinadən verdiyi xəbərə görə, hələ bir müddət əvvəl Misir Mərdanovun gedişi ilə bağlı yayılan xəbərlər təsdiq olunmaq üzərədir: "Hətta Misir Mərdanov kabinetində yır-yığış da edib".

Doğrudur, bir başqa mənbələr Misir Mərdanovun Təhsil Nazirliyinin binasındakı iş otağında baş verənləri yeni mebelin alınması ilə izah edirlər. Amma bu barədə danışan məlumatlı mənbə qeyd edir ki, bu həftə ərzində Misir Mərdanovla bağlı konkret addım atılacaq.

Hətta Misir Mərdanovun yerinə hazırda təhsil nazirinin müavini vəzifəsini tutan, 38 yaşlı gənc kadr Elmar Qasımov təyin olunacaq: "Artıq bu barədə TN-dəki bütün strukturlar xəbərdardır. Misir Mərdanov da gediş əhvalını yaşayır".

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Mar 15