Tarix : 2011 Mar 15
Kod 21947

MÖVSÜM SƏMƏDOV AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Allah-təaladan yeni ildə xalqımıza həyatının bütün sahələrində elmi, ictimai, iqtisadi və məxsusən mənəviyyatda yeni-yeni nailiyyətlər və həmişə tərəqqi diləyirəm
/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədov, müsəlman Azərbaycan xalqını Novruz bayramı münasibətilə ilə təbrik edib. Barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qəti-imkan tədbiri seçilən və hazırda Bakı İstintaq Təcrdixanaında saxlanan Mövsüm Səmədov, ölkə əhalisinə xoş istəklərini çatdırıb. Bu barədə FaktXeber.com-a AİP sədrinin vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, Mövsüm Səmədovun əhval-ruhiyyəsi yaxşıdır və o, bayramla bağlı Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, AİP-in həbs olunmuş lideri Mövsüm Səmədovun ölkə ictimaiyyətinə ünvanladığı təbrik belədir:

"Üzümüzə gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Allah-təaladan yeni ildə xalqımıza həyatının bütün sahələrində elmi, ictimai, iqtisadi və məxsusən mənəviyyatda yeni-yeni nailiyyətlər və həmişə tərəqqi diləyirəm. Evlərinizdə ilahi hidayət əsasında şadlıq və səadət nuru bərqərar olsun.

 Müqəddəs kitabımıza söykənərək bütün problemlerimizin həlli, məxsusən Qarabağ torpaqlarımızın işğaldan azad olunmasını və bu işdə inşallah qalib olacğımızı ümid edirəm".

  

  • Yazılıb
  • da (də) 2011 Mar 15