Tarix : 2011 Mar 16
Kod 21951

İranlı millət vəkilləri Amerikanın qırğınları himayə etmə siyasətini pisləyiblər

İranın İslam Şurası Məclisinin üzvləri bir bəyanat yayaraq, Bəhreyn, Liviya və Yəməndə məzlum və müsəlman xalqın qətliam edilməsini habelə Amerikanın bu cinayətləri himayə etməsini pisləyiblər
IIR servisi/Aran agentliyi

İranın İslam Şurası Məclisinin üzvləri bir bəyanat yayaraq, Bəhreyn, Liviya və Yəməndə məzlum və müsəlman xalqın qətliam edilməsini habelə Amerikanın bu cinayətləri himayə etməsini pisləyiblər.

İRİB-nin verdiyi məlumata əsasən bu gün çərşənbə axşamı günü ( 15 mart) İranın İslam Şurası Məclisinin 257 deputatı tərəfindən imzalanan və İslam Şurası Məclisində qiraət edilən bu bəyanatda İranın İslam Şurası Məclisinin qiyama qalxmış region xalqlarının hakim müstəbid rejimlərə qarşı hərəkəti qətiyyətli şəkildə himayə edilib.

Bu bəyanatda bildirilir:" Yaxın Şərq habelə Afrikanın şimalındakı bəzi ölkələrin müsəlman xalqlarının qiyamı habelə Misir və Tunis kimi ölkələrdə əsas hökmdarların devrilməsi və Amerika və qəsbkar İsrailin regiondakı qeyri-qanuni mənafelərinin hədələnməsi ilə , zalım Amerika və sionist rejimin özlərinin mənafelərinin daha artıq hədələnməsinin qarşısının alınması üzrə cəhdləri və fitnəkar planları artıbdır. 

  • Yazılıb
  • da (də) 2011 Mar 16