Azərbaycan Ordusunda intihar faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Ordusunda intihar faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb.
2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib. Mərhum əsgərin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O. Məmmədovun ordudan tərxis olunmasına 3 ay qalıbmış.
son aylarda Azərbaycan Respublikası ordusunda intihara hallarının artmasından xəbərlər yayılır.