Tarix : 2011 Mar 16
Kod 21955

Bahar Muradovanın ermənilərdən istəyi

Azərbaycan Respublikası vitse-spikeri Bahar Muradova parlamentin bu günkü iclasında Ermənistan prezidenti Serj Sərkisyana və onun həyat yoldaşına müraciət edib
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikası vitse-spikeri Bahar Muradova parlamentin bu günkü iclasında Ermənistan prezidenti Serj Sərkisyana və onun həyat yoldaşına müraciət edib.
Modern saytının məlumatına görə, Bahar Muradova müraciətində son günlər erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovun qətli ilə bağlı deyib : "Mən Azərbaycan parlamentinin vitse-spikeri kimi Ermənistan prezidenti Serj Sərkisyana və onun xanımına müraciət edirəm: öz xalqınızı uşaq qatili olmaqdan çəkindirin!".

Deputat həmçinin deyib : "Bu addım prezidentlərin Soçi görüşündən sonra oldu. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz?" 

  • Yazılıb
  • da (də) 2011 Mar 16