Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı və Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə ...
Azərbaycan servisi/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı və Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə məsələləri üzrə nümayəndəsi xanım Hanta Rozentalı və departamentin İslam icmaları məsələləri üzrə nümayəndəsi xanım Fərəh Panditi ilə görüşüb.
Turan"ın məlumatına görə, A.Paşazadə M.Brayzanı səfir təyin edilməsi ilə bağlı təbrik edib, uğurlar arzulayıb, səfirin bu dərəcəyə çatmasında onun həyat yoldaşı Zeyno Baranın xüsusi rolunu vurğulamağı da unutmayıb.
Daha sonra QMİ sədri M.Brayzaya ötən ilin aprelində Bakıda keçirilmiş iclas çərçivəsində Rusiya və Ermənistan dini liderləri ilə görüşü, iclasda ABŞ-dan olan dini liderlərin iştirakı barədə məlumat verib.
ABŞ səfiri QMİ sədrinə təşəkkür edib, Azərbaycanda mövcud olan guyaki dini tolerantlıq barədə danışıb və bunu daha da inkişaf etdirməyin vacibliyini vurğulayıb.
ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə məsələləri üzrə nümayəndəsi Hanta Rozental və departamentin İslam icmaları məsələləri üzrə nümayəndəsi Fərəh Pandit də önəmli saydığları tələblərin icrasını QM sədrindən istəyiblər.
Görüşdə "ən dəhşətlisi budur ki, sovet vaxtı ateist olanlar müstəqillik vaxtı din alimləri oldular, beləliklə də dini sahədə ciddi deformasiya baş verdi", - deyə A.Paşazadə isə dini sahədəki duruma toxunub. Onun fikrincə, kommunist rejiminin təsiri özünü indi də göstərir. "Biz hələ məscid adına tikilən, hələ namaz qılınmayan bir tikilini də məscid kimi müqəddəs sayırıq, məmurlar var ki, hazır məscidi ancaq tikili kimi görür", - deyə Paşazadə qeyd edib.