Tarix : 2011 Mar 16
Kod 21957

Əhmədinejad: İnsani oyanış dalğası Avropa və Amerikaya da çatacaq

İran İslam Respublikası prezidenti deyib: '' İnsani oyanış dalğası Avropa və Amerikaya çatacaqdır''
Azərbaycan servisi/Aran agentliyi

İran İslam Respublikası prezidenti deyib: " İnsani oyanış dalğası Avropa və Amerikaya çatacaqdır".

İRNA-nın verdiyi məlumata əsasən çərşənbə axşamı Tehranda Şəhidlər və Fədakarlar Fondunun işçiləri toplusunda çıxış edən Mahmud Əhmədinejad bəşər ictimaiyyətində İnsani Oyanış dalğasının yaranmasına işarə edərək deyib:" Dünyanın hegemonçu qüdrətləri və onların dalınca gedənlər süqut etməkdədirlər və insani habelə insanların oyandırcısı olan xalq kütlələrinin dərinliyindən mənşə alan bir dalğa Avropa və Amerikaya da çatacaqdır".

Əhmədinejad deyib:" Avropa və Amerika bu dalğadan amanda qalacaqlarını və dünyanın başqa nöqtələrini təlatümlü edə biləcəklərini təsəvvür etməsinlər, əksinə onların özləri daha artıq təhlükədədirlər."

İran İslam Respublikası prezidenti hegemonçu başçılar xüsusilə Amerika və sionist rejimi başçılarını qırğınlar, cinayətlər və xalqların hüquqlarına təcavüzkarlıq üzrə əsas amil olduqlarını da bildirib.

" Dünya xalqları onların hərəkətlərinə aldanmayacaqlar və Amerika və İsrailin aldadıcı əllərinin göründüyü hər bir yerdə, bu cinayətləri və təcavüzkarlıqları Amerika və sionist rejimin hesabına qoyacaqlar"-deyə Mahmud Əhmədinejad qeyd edib. 

  • Yazılıb
  • da (də) 2011 Mar 16