Tarix : 2011 Mar 18
Kod 21979

SABİRABADDAKI ETİRAZÇILARA PUL PAYLANDI

Polis Sabiabadda pul payladı
Azerbaijan servsi/Aran agentliyi

Bu gün Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun  başçılığı ilə DİN-nin nümayəndələri Sabirabad  rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib. Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış qaçqınlara paylanılıb. Bundan əlavə, toplanılan vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə göndərilib.

  • Yazılıb
  • da (də) 2011 Mar 18