Tarix : 2011 Mar 18
Kod 21980

İran lokatorlu raketlərin kütləvi istehsalına başlayıb

Hava Qüvvələri mütəxəssisləri tərəfindən lokatorlu raketlərin yenilənmiş versiyasının kütləvi istehsalına başlanıb
Azerbaijan servsi/Aran agentliyi

İran İslam Respublikası ordusunun Hava Qüvvələrinin komandan müavini deyib: Hava Qüvvələri mütəxəssisləri tərəfindən lokatorlu raketlərin yenilənmiş versiyasının kütləvi istehsalına başlanıb.

General-leytenant Məhəmməd Ələvi İRNA müxbiri ilə müsahibədə lokator sisteminə malik olan bu raketlərin güclü raketlər olduğunu bildirərək, deyib: Bu raket Hava Qüvvələri mütəxəssisləri tərəfindən yenilənib.

Məhəmməd Ələvi əlavə edib: Ordunun Hava Qüvvələri mütəxəssisləri yerdən buraxılan bu raketləri yeniləyərək, onların havadan buraxılmasına imkan yaradıblar və artıq onlardan təyyarələrdə istifadə etmək olar.

İran ordusunun Hava Qüvvələri komandanının müavini həmçinin qeyd edib: Hava Qüvvələrində inkişaf o qədər sürətlidir ki, hazırda Hava Qüvvələrinin bacarığı kifayət qədər yüksəkdir və hava döyüşlərində regionda ən üstün mövqeyə sahib ola bilərik.

  • Yazılıb
  • da (də) 2011 Mar 18