Tarix : 2011 Mar 18
Kod 21981

İran fəzaya biokapsul buraxıb

İran İslam Respublikası yeni günəş ili ərəfəsində ''Kavoşgər 4'' vasitəsi ilə fəzaya ilk biokapsulunu göndərməyə nail olub
IIR servsi/Aran agentliyi

İran İslam Respublikası yeni günəş ili ərəfəsində "Kavoşgər 4" vasitəsi ilə fəzaya ilk biokapsulunu göndərməyə nail olub.

İran İslam Respublikasının Prezident Aparatının Rabitə, İnformasiya və Təbliğat Mərkəzinin məlumatına görə, bu mühüm elmi hadisə İsfənd ayının 24-də İranın Hava-Fəza Təşkilatının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Bu əməliyyat yeni texnologiyaların əldə edilməsi çərçivəsində proqramlaşdırılmış sistemlərin yoxlanılması məqsədi ilə icra edilib.

Bu məlumata görə, bu əməliyyatın nəticələri və nailiyyətləri olaraq "Kavoşgər"in motorunun və buraxılış platformasının düzgün işləməsini, 120 kilometr hündürlükdən informasiyaların və təsvirlərin yerə dəqiq formada ötürülməsini habelə, burun, motor və çətir bölmələrinin ayrılması əməliyyatının dəqiq icra olunmasını və yükün geri qayıdışı zamanı sürətin azaldılması mexanizminin düzgün işləməsini göstərmək olar.

Qeyd etmək lazımdır ki "Kavoşgər 4"ün təqdimat mərasimi cari ilin bəhmən ayının 4-də prezident Mahmud Əhmədinejadın iştirakı ilə keçirildi.

  • Yazılıb
  • da (də) 2011 Mar 18