Tarix : 2011 Mar 18
Kod 21982

Tələbələri sərhəddə saxalyıblar

Novruz bayramı ərəfəsində vətəninə qayıdan 40-a yaxın İranda təhsil alan azərbaycanlı tələbə, heç bir əsas olmadan sərhəddə Azərbaycan Respublikası polisi tərəfindən saxlanılıb
Azerbaijan servsi/Aran agentliyi

Novruz bayramı ərəfəsində vətəninə qayıdan 40-a yaxın İranda təhsil alan azərbaycanlı tələbə, heç bir əsas olmadan sərhəddə Azərbaycan Respublikası polisi tərəfindən saxlanılıb.

FaktXeber-in verdiyi məlumata görə, İranda təhsil alan Azərbaycan tələbləri, ölkəyə qayıdarkən bu səhər Astara sərhəd keçid məntəqəsində saxlanılıb.
Bu barədə FaktXeber-in "Qaynar Xətt"inə etibarlı mənbə məlumat verib.
Məlumata görə, ailələri ilə birgə İrandan Azərbaycana qayıdan tələbələrin yaxınları Azərbaycana buraxılsa da, özləri Astara gömrük əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Astara gömrük keçid məntəqsində saxlanılan tələblərlə, danışıqlar gedir.
Son aylarda rəsmi Bakı dindarlara qarşı hərəkətlərini hicaba qoyulan qadağa ilə gücləndirib.
İranda yaşayan Azərbaycan Respublikası vətəndaşlarinin xanım və qızları son vaxtlarda bu ölkənin Tehrandakı səfirliyi qarşısında hicab qadağasına qarşı piket keçirmişlər.

  • Yazılıb
  • da (də) 2011 Mar 18