Bakıda küçə aksiyalarında Prezident İlham Əliyevin istefa getməsinin tələb olunmasının ardınca Azərbaycan Respublikası Parlamentinin bir üzvü də hökumətin buraxılmasını təklif edib
Azerbaijan servsi/Aran agentliyi
Səhəre TV--Bakıda küçə aksiyalarında Prezident İlham Əliyevin istefa getməsinin tələb olunmasının ardınca Azərbaycan Respublikası Parlamentinin bir üzvü də hökumətin buraxılmasını təklif edib.
Parlamentin bu çərşənbə axşamı iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə höküməti istefa verməyə çağırıb. Hökümətin hesabatını tənqid edən deputat qeyd edib ki, ölkədə müşahidə olunan bahalaşmaya qarşı Nazirlər Kabineti heç bir effektli tədbir görə bilməyib.
"Azərbaycanda rəsmi olaraq istehlak səbətinin xərci adambaşına 162 manat elan olunub. Amma təqaüdçülərə cəmi 112 manat pensiya verilir. Bu necə inkişafdır?"-soruşan deputat bildirib ki, son bir ildə çörək 33 faiz bahalaşıb.Amma bunun müqabilində əmək haqlarında heç bir artım olmayıb.
Digər tərəfdən deputat Siyavuş Novruzov istefa tələb edən müxalifətə gənləri ağac əkməyə çağırmağı təklif edib.