Tarix : 2011 Mar 18
Kod 21984

''Azərbaycan'' Londonu tənqid etdi

Bakıda çıxan ''Azərbaycan'' qəzeti İngiltərəni dünyadakı problemlər və bəşəriyyətin üzləşdiyi müsibətlərin mənşəyi adlandıb
Azerbaijan servsi/Aran agentliyi

Bakıda çıxan "Azərbaycan" qəzeti İngiltərəni dünyadakı problemlər və bəşəriyyətin üzləşdiyi müsibətlərin mənşəyi adlandıb.

Dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti kəskinliyi ilə seçilən bir məqalədə yazır: İngiltərə, mövcud ədalətsiz quruluşun formalaşmasında rola malikdir.

"Azərbaycan" qəzeti məqaləsinin davamında yazır: İngiltərənin müstəmləkəsi olan ölkələrin müstəqillik əldə etmələrinin ardınca bu ölkə müstəmləkəçilik siyasətlərini kənara qoymaq yerinə, fitnəkarlıq və təfriqə salmaq yolu ilə öz hegemonçuluq siyasətlərini davam etdirir.

Məqalənin davamında deyilir: İngiltərə əsrin əvvəllərində, o cümlədən 1918-ci ildə ermənilər tərəfindən Azərbaycana qarşı cinayətlərdə rola malik olub.

"Azərbaycan" qəzetində İngiltərəni hədəfə alan bu məqalə, İngiltərədə çıxan bəzi mətbuat orqanlarının, o cümlədən Deyli Teleqraf qəzetinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevi zalım diktator və milyarder diktator adlandırmalarının ardınca dərc olunub.

"Azərbaycan" qəzetinin 1918-ci ilin hadisələrində İngiltərənin işğalçı və müdaxiləçi siyasətlərini etiraf etməsinə baxmayaraq, ötən illər ərzində Azərbaycan Respublikası hökuməti Bakıda Şəhidlər Xiyabanı yaxınlığında "İngilis Əsgəri" xatirə lövhəsini asıb. Hətta, Bakı polisi bu xatirə lövhəsinin üzərinə rəng ataraq, onunla müxalifətini bildirən vətəndaşlara qarşı kobudluqdan belə çəkinməyib.

Qərb mətbuatı, o cümlədən İsveçrədə çıxan La-Martin qəzeti də son zamanlar bildirib ki, Azərbaycan Respublikasında hakimiyyətdə olanlara mənsub olan Paşa Bank İsveçrədə öz filialını təsis etməsinin ardınca sərvətləri təhlükəsiz məkana nəql etmək məqsədini daşıyır.

"Azərbaycan" qəzeti bundan öncə də Vaşinqton Post və Val Strit Jurnal qəzetlərinin rəsmi Bakı əleyhinə məqalələrinə reaksiya olaraq, Amerikanın siyasətlərini tənqid edərək, dünyada terrorizmin genişlənməsinin əsas amillərindən birini, Vaşinqtonun siyasətləri adlandırmışdı.

  • Yazılıb
  • da (də) 2011 Mar 18