Azərbaycan Respublikası xalqı da digər ölkələrdə olan müsəlmanlarla yanaşı ABŞ-ın yaşıl işığının ardınca Bəhreyndə şiələrin qırğın edilməsini pisləyiblər
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikası xalqı da digər ölkələrdə olan müsəlmanlarla yanaşı ABŞ-ın yaşıl işığının ardınca Bəhreyndə şiələrin qırğın edilməsini pisləyiblər.
İslam Partiyasının müvəqqəti sədri Elçin Manafov məsələyə münasibət bildirib: "ABŞ müdafiə naziri Robert Geytsin Bəhreynə səfərindən demək olarki, dərhal sonra başlanan qətliam onu göstərir ki, ABŞ xalqların qiyamına baxmayaraq, hələ də bölgədə öz hegemonçuluğunu davam etdirmək istəyir. Hər şeyi öz fərmanları ilə idarə etmək niyyətindədirlər. ABŞ hər yerdə qeyri legitim mənafeyi icab edirsə, orada yalan məzlum yaradır və guya ki, məzlumu müdafiə edir. Amma, hər yerdə ki, ABŞ-ın qeyri-qanuni mənafeyinə lazım olur, orada məzlumları qətliam etməyə zalımlara əmr verir ki, Bəhreyn hadisələri də bunu əyani göstərir".
E.Manafov onu da əlavə edib ki, bəzi regionda hökm sürən rejimlər o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Bəhreyn xalqına qarşı ABŞ-ın əmri ilə qoşun yeritmələri onların hələ də köləliklərinə davam etdirmələrini bir daha nümayiş etdirdi. Amma, bütün bunlara baxmayaraq, ABŞ və kölələrinin zülmləri qarşısında xalq etirazları güclənib, bu zülmə son qoyacaq inşallah.
Həmçinin Dəyərlər saytının məlumatına görə İçərişəhər "Cümə" məscidinin dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu Bəhreyn və Liviyada insanların kütləvi qətliama məruz qalması ilə bağlı və buna qarşı faktiki susqunluğa görə etiraz bəyanatı qəbul edib. İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, dünyanın gözü önündə Bəhreyndə, Liviyada və Yəməndə insanlara divan tutulur, günahsız insanlar qanlarına qəltan edilir. Fəqət layiqli yaşam üçün mübarizə aparan, ləyaqətli həyat sürmək üçün ayağa qalxan insanlara qarşı divan tutulmasına, qətliam törədilməsinə rəğmən, beynəlxalq qurumlar növbətçi bəyanatlar formasında reaksiya verməklə kifayətlənirlər. Başqa vaxtlarda qibtə ediləcək operativlik nümayiş etdirən beynəlxalq qurumlar, Liviyada insanların bombardman edilməsinə, Bəhreyndə dinc nümayişçilərə divan tutulmasına, Yəməndə, Omanda və Səudiyyə Ərəbistanında baş alıb gedən zülmlərə göz yumur, hətta xarici qüvvələrin, muzdluların nümayişlərin boğulmasında iştirakına belə etiraz etmirlər. Yenə də ikili standartlar baş alıb gedir. Yenə də insan həyatı iqtisadi maraqlara qurban verilir, pulun çəkisi qanın çəkisini üstələyir. "Cümə" məscidinin icması olaraq bu qətliamlara və bunlara göz yumulmasına etiraz edir, səsimizi haqlarını tələb edənlərin səsinə qoşuruq.