Tanınmış el ağsaqqalının dəfn mərasimində ölkənin əksər nüfuzlu alimləri, yüzlərlə dindar və kənd camaatı iştirak edib
/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycanda İslami oyanış hərəkatının banisi Hacı Əlikram Əliyev, dünən doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb. Tanınmış el ağsaqqalının dəfn mərasimində ölkənin əksər nüfuzlu alimləri, yüzlərlə dindar və kənd camaatı iştirak edib. Böyük izdihamla keçən dəfn məraisimində onun ruhuna dualar oxunub və suyasi fəaliyyəti barədə söhbətlər olunub. İslam-Azeri.az İnternet Qəzetinin foto müxbiri Hacı Əlikram Əliyevin dəfnindən fotoreportaj hazırlayıb. Dəfn mərasimindən lentə alınmış şəkilləri aşağıda izləyə bilrəsiniz