Türkiyə servsi/Aran agentliyi
FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə baş naziri Tayyib Ərdoğan, Rusiyadan Türkiyəyə qayıdarkən təyyarədə verdiyi açıqlamada bildirib ki, " Avropa Birliyi üzvlük məsələsində bir iki liderdə ilişir. Cənubi Kipr məsələsində problem çıxarırlar. Son müzakirələrdə 8 mövzu müzakirəyə çıxarıldı. 6-nı yunanlar bloka etdi, 5-ni Fransa dondurdu. Qaldı 3 mövzu. Mənim maraqla gözlədiyim 3 mövzunu isə hansı bəlalar gözləyir. Nə oyunlar oynayacaqlar. Avropa Birliyinin15 üzvü olanda liderlər zirvəsində iştirak edirdik. 10 ölkə gələndə isə bizi liderlər zirvəsinə dəvət etmədilər. Bizə bu cür yanaşma tərzi var. Avropa Birliyindəki Türkiyəyə dost olan ölkələr təsirli mövqe sərgiləyə bilmirlər. Artıq irəliləyən bir Türkiyə var. Biz səbirlə işlərimizi davam etdiririk. Gec ya tez Türkiyiəyə gəl deyəcəklər."