Tarix : 2011 Mar 19
Kod 22016

BAKIDA İNQİLABİ PLAKATLAR YAYILIB

Plakatların üzərində hicablı qız təsviri və ''Dörd aydır ki, təhsil almıram, Təhsil almaq hər kəsin haqqıdır'' şüarı var
Azerbaijan servsi/Aran agentliyi

FaktXeber.com-un "Azadlıq" qəzetinə istinadən verdiyi məlumata görə, bir neçə gündür ki, paytaxtın mərkəzi hissələrində binaları, ticarət obyektləri və dayanacaqları inqilabi plakatlar “bəzəyib”. Plakatların üzərində hicablı qız təsviri və “Dörd aydır ki, təhsil almıram, mənim də təhsil hüququm var” şüarı var.

Qeyd edək ki, plakatların kimlər tərəfindən hazırlandığı və şəhərə yayıldığı bəlli deyil. Bir müddət əvvəl də Bakının bir neçə rayonunda oxşar plakatlar yayılmışdı.

  • Yazılıb
  • da (də) 2011 Mar 19