Müxalifətin birləşdiyi İctimai Palatanın aprel ayının 2-də keçirmək istədiyi mitinq üçün Azərbaycan hakimiyyəti ''Ukrayna'' meydanını təklif etmək istəyir
Azerbaijan servsi/Aran agentliyi
İctimai Palatanın 2 aprelə təyin etdiyi mitinqlə bağlı yaradılan Mitinq Komitəsi dünən toplanaraq, Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinq komitəsi BŞİH-yə ünvanladığı müraciətdə aksiyanın keçirilməsi üçün 2 apreldə Nərimanov kinoteatrın qarşısındakı meydanda yerin ayrılmasını istəyib. Mitinq komitəsindən Tofiq Yaqublunun FaktXeber.com-a verdiyi məlumata görə, BŞİH məktubu qəbul eləməkdən imtina edib və onlar da məktubu meriyaya poçt vasitəsilə göndəriblər.
Aldığı məlumata görə, BŞİH-nin dünən göstərdiyi münasibətdən fərqli olaraq, bayramdan sonra vəziyyət tamam dəyişəcək. Mənbə bildirir ki, hakimiyyət dairələri müxalifətin bu dəfə aksiya keçirməsi üçün konkret yer ayırmaq qərarına gəlib. Lakin gözləntilərdən fərqli olaraq, bu dəfə də şəhərik kənar yerləri nəzərdə tutulub. Mənbənin bildirdiyinə görə, ilk təklif "Ukrayna" meydanından ibarət olacaq. Müxalifət bununla razılaşmadığı təqdirdə, başqa yerlər təqdim ediləcək. Amma təklif olunacaq yerlər arasında şəhərin mərkəzi yoxdur.