Tarix : 2011 Mar 19
Kod 22018

RUSİYA YENİDƏN SİLAHLANIR

Rusiya prezidenti Dmitri Medvedyev 2020-ci ilə kimi silahların 70 faizinin dəyişəcəyini açıqlayıb
Russiya servsi/Aran agentliyi

FaktXeber.com-un RİANovostiyə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedyev ölkəsinin köhnəlmiş silahlarını yeniləndirmək məqsədi ilə 2020-ci ilə qədər 700 milyard dollar pul xərcləyəcəklərini açıqlayıb. Medvedyev SSRİ-dən qalma silahların dəyişdirilməsinin vaxtı çatdığını və bunun üçün çoxlu pul xərclənməsinin də zəruri olduğunu söyləyib: "2020-ci ilə qədər Rusiya ordusunun silahlarının 70 faizi moderinləşdirilməlidir. Hərbi avadanlıqların şəffaf və dəqiq olması lazımdır. Ölkə maraqlarımızı və təhlükəsizliyimizi təminat altına almaq üçün bu addımı atmalıyıq. Eyni zamanda, Rusiya praqmatik və sülhsevər bir hərbi siyasət həyata keçirməlidir. Bu da ölkəmizin böyük pullar xərcləməyi tələb edən yarışın içinə girməsinə mane olacaq".

  • Yazılıb
  • da (də) 2011 Mar 19