Tarix : 2011 Mar 21
Kod 22021

ADP GƏNCLƏRİ AZADLIĞA QOVUŞDU

11 martda gənclərin təşkil etdiyi ''Böyük Xalq günü'' aksiyasında iştirak etmiş ADP Gənclər Təşkilatının üzvləri Kamal Hüseynov və Orxan Hüseynov dünən, saat 22-05 də azadlığa buraxıldı
Azerbaijan servsi/Aran agentliyi

ADP mətbuat xidmtindən FaktXeber.com-a verilən məlumata görə ,11 martda gənclərin təşkil etdiyi “Böyük Xalq günü” aksiyasında iştirak etmiş ADP Gənclər  Təşkilatının üzvləri  Kamal Hüseynov və Orxan Hüseynov   dünən, saat 22-05 də azadlığa buraxıldı. Məlumat verildiyi kimi hər iki gəncə qeyri qanuni olaraq 7 sutka həbs cəzası verilmişdi.

ADP-çı gənclər həbs müddətində qeyri qanuni olaraq hüquqlarının addımbaşı pozulduğunu və psixoloji təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Eyni zamanda aksiya zamanı   mülki geyimlilərin və polis məntəqəsində polislərin  onlara qarşı fiziki güc tətbiq etdiklərini deyiblər.

Onlar Nəsimi və Səbail məhkəmələrinin  müvafiq qərarlarını da  ədalətsiz və qeyri qanuni hesab edirlər və onların qeyri qanuni həbsi ilə əlaqədar yuxarı məhkəmə instansiyalarına şikayət etməyi planlaşdırırlar.

Həbs olunan gənclərdən biri Orxan Hüseynov həbsdə olduğu zaman yaşadığı mənzilə naməlum şəxs zəng edərək onun haqqında nalayiq ifadələr səsləndirib və ailə üzvlərini təhdid edib. Qeyd edək ki, Orxan bəyin həyat yoldaşı Gülnarə Hüseynova da fəal ADP üzvlərindəndir və martın 11-dəki aksiyada iştirak etmişdi.

Azadlığa çıxmış hər iki gənc təzyiqlərə baxmayaraq ruhdan düşmədiklərini və mübarizəni daha böyük əzmlə davam etdirəcəklərini bildiriblər.

Xatırladırıq ki, 11 mart  Böyük Xalq günündə ADP-çi  gənclərdən başqa daha 7 nəfər həbs olunmuşdu və digər  həbs olunanlar da dünən axşam saatlarında  azadlığa buraxılıblar.

  • Yazılıb
  • da (də) 2011 Mar 21