Dünən gecə saatlarında İstanbul şəhərində olan Səudiyyə rejiminin səfirliyi önündə Bəhreyndəki soyqırıma etiraz əlaməti olaraq aksiya keçirilib
Türkiyə servsi/Aran agentliyi
Dünən gecə saatlarında İstanbul şəhərində olan Səudiyyə rejiminin səfirliyi önündə Bəhreyndəki soyqırıma etiraz əlaməti olaraq aksiya keçirilib.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinin Türkiyə müxbiri xəbər verir.
Onun bildirdiyinə görə, Ləvənt metrosundan konsulluq olan əraziyə kimi yüzlərlə istanbullu təkbir və şüar səsləndiriblər.
Əllərində Bəhreynin bayraqlarını tutan etirazçılar Səud Kralı Abdullahı lənətləyən şüarlar səsləndiriblər.
Aksiyanın sonunda İsrail, ABŞ, İngiltərə bayraqları və Kral Abdullahın şəkilinə od vurulub.