Tarix : 2011 Mar 21
Kod 22026

Qum tələbələri Bəhreynə dəstək mitinqi keçirib

İranın Qum şəhərində təhsil alan əcnəbi tələbələr Bəhreyndə Səudiyyə və Bəhreyn hakimlərinin törətdikləri cinayətlərə etiraz əlaməti olaraq martın 20-də mitinq keçiririb
IIR servsi/Aran agentliyi

İranın Qum şəhərində təhsil alan əcnəbi tələbələr Bəhreyndə Səudiyyə və Bəhreyn hakimlərinin törətdikləri cinayətlərə etiraz əlaməti olaraq martın 20-də mitinq keçiririb.

İslam-Azeri.az İnternet Qəzetinin İQNA-ya istinadən verdiyi xəbərə görə, Qum şəhərində 100-dən çox ölkədən təhsil alan tələbələr bu gün Höccətiyyə mədrəsəsinin qarşısında etiraz mitinqi keçiriblər. Onlar Bəhreyn və Səudiyyə Ərəbistan hakimlərinin törətdikləri cinayətləri pisləyib ABŞ və İsrailin siyasətlərinə uymamağa çağırıblar.

Qeyd edək ki, bu gün həmçinin Bəhreyn, Hicaz və digər müsəlman ölkələrindən olan tələbələr Bəhreyndəki etirazlarda şəhid olmuş şəxsləri üçün əzadarlıq məclisi təşkil edəcəklər.

Eləcə edə ötən gecə İran parlamentinin spikeri, alimlər, mərcə təqlidlər və Qum şəhər sakinlərinin iştirakı ilə Əzəm məscidində Bəhreyn şəhidlərinin xatirəsinə mərasim təşkil olunub.

Bundan öncə Qum təhsil alan əcnəbi tələbələr Səudiyyə Ərəbistan və Bəhreynin Tehrandakı səfirliyinin qarşısında da etiraz mitinqi keçiriblər.

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Mar 21