Tarix : 2011 Mar 22
Kod 22031

MOSSAD cinayətinin təfərruatı

Qəzzada mövcud olan yeganə elektrik stansiyasının baş mühəndisi Dirar Musa əbu Sisinin Ukraynadan MOSSAD agentləri tərəfindən qaçırılmasının təfərruatları bəlli olub
Beynalxalq servsis/Aran agentliyi

Qəzzada mövcud olan yeganə elektrik stansiyasının baş mühəndisi Dirar Musa əbu Sisinin Ukraynadan MOSSAD agentləri tərəfindən qaçırılmasının təfərruatları bəlli olub.

İslam-Azeri.az İnternet qəzetinin Fələstin mənbələinə istinadən verdiyi xəbərə görə, o, hazırda sionist rejimin zindanındadır və artıq vəkili ilə görüşüb. Məhz bu görüşü zamanı Sisi qaçırılmasının necə reallaşdığını deyib.

Mühəndis bildirib ki, Xarkovdan Kiyevə gedərkən onu 3 nəfər məcburən Poltavada qatardan düşürüblər, qollarına qandal vurublar, başına isə torba keçiriblər. Sonra isə Kiyevə naməlum evə gətiriblər və burada 6 xəfiyyə onu sorğu-suala tutub. Bir müddət sonra 3 övlad atası olan Sisini təyyarəyə əyləşdiriblər və təqribən 5 saat uçuşdan sonra onlar hansısa hava limanına eniblər. Lakin burda da dayanacaq uzun sürməyib. Mühəndis daha 1 saat uçuşdan sonra İsrailə gətirilib.

Sisi vəkilinə bildirib ki, onu hər gün sorğu-sual edirlər, lakin o, heç bir günahı olmadığını, yalnız elektrik stansiyada baş mühəndis funksiyalarını yerinə yetirdiyini deyir.

Qeyd edək ki, mühəndisin Ukrayna vətəndaşı olan həyat yoldaşı artıq Ukrayna, Fələstin Muxtariyyətini və İsraili beynəlxalq məhkəməyə verib. Viktoriya Ukrayna və FA-nı Sisinin təhlükəsizliyini lazımi dərəcədə təmin etməməkdə, İsraili isə terrorçuluqda və insan oğurluğunda ittiham edir.

  • Yazılıb
  • da (də) 2011 Mar 22