Tarix : 2011 Mar 22
Kod 22032

Ayətullah Şirazinin başsağlığı bəyanatı

Bir dünya təəssüflə Azərbaycan şiələrinin rəhbəri, dövrünün Əbuzəri, mücahid və mübariz insan Hacı Əlikram Əliyevin vəfat xəbərini aldıq...
Azerbaijan servsi/Aran agentliyi

Bir neçə gün əvvəl müsəlman dünyasının böyük alimlərindən olan Ayətullah Nasir Məkarim Şirazi AİP-in sabiq sədri, Azərbaycanda İslami hərəkatının yaranmasında böyük zəhmətləri olan Hacı Əlikram Əliyevin vəfatıyla bağlı başsağlığı bəyanatı verib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Haqq Yolu" saytına istinadən xəbər verir.

Başsağlığı bəyanatını diqqətinizə çatdırırıq:

"Bismillahir-rəhmanir-rəhim
Bir dünya təəssüflə Azərbaycan şiələrinin rəhbəri, dövrünün Əbuzəri, mücahid və mübariz insan Hacı Əlikram Əliyevin vəfat xəbərini aldıq. Allah ona rəhmət etsin. O fövqəladə bir insan idi və ömrünün böyük bir hissəsini kommunist zindanlarında, işgəncələr altında keçirmiş, sağlamlığını itirmişdi. Amma yaxın keçmişdə Qumda görüşdüyümüz vaxt ruhiyyəsində həmin işgəncələrin təsiri bilinmirdi, bir şir kimi savaş əzmində idi.
Hacı Əlikram bütün Azərbaycan gəncləri üçün bir nümunədir. O, gənc nəslə cihad, mübarizə, müqavimət, barışmazlıq dərsi verdi.
Ona imanına, dini bağlılığına, islami müqavimətinə, Əhli-beyt məktəbini müdafiəsinə görə həbsxana həyatı yaşadırdılar. Amma bərəkətli ömrünün sonunadək tutduğu müqəddəs yoldan dönmədi.
Ümid edirəm ki, Azərbaycanın dindar xalqı, xüsusilə gənc nəsli onun mübarizə yolunu davam etdirəcək, mərhumun dinin müdafiəsindəki mübarizliyini yaddan çıxarmayacaq.
Azərbaycan dövləti də bilməlidir ki, bu ölkədə Əhli-Beyt məktəbinin yetirmələri çoxdur. Belə ki ölkədə İslama qarşı fəaliyyətlərə, məscidlərin dağıdılmasına, Əhli-Beyt maarifini təbliğ edən kitabların nəşrinə maneçiliyə son qoyulmalıdır. Misir və Liviya rəhbərlərinin acınacaqlı taleyindən ibrət götürmək lazımdır. Unutmasınlar ki, İslama qarşı təhrik edən qüvvələr ağır gündə arxa dayanmır, himayə göstərmirlər. Dövlətə arxa olacaq əsil qüvvə Azərbaycan xalqıdır. Xalqa yaxınlığı, insanların istəklərinin həyata keçirilməsini, onların himayəsini ağıl hökm edir.
Sözümün sonunda bu məmləkətin bütün müsəlman və şiə xalqına, din alimlərinə, xüsusilə mərhumun ailəsinə başsağlığı verir, Allahdan səbir və əcr diləyirəm. Ruhu şad, yolu rahat olsun!
Qum, Elm Hövzəsi
Nasir Məkarim Şirazi"

 

İslam-Azeri.az

 
  • Yazılıb
  • da (də) 2011 Mar 22