Tarix : 2011 Mar 22
Kod 22033

Yeni il: ''İqtisadi cihad ili''

Yeni ilin başlanması ilə əlaqədar İranın Ali Dini Rəhbəri Seyyid Əli Xamenei bəyanat yayaraq yeni ili “iqtisadi cihad ili” adlandırıb
IIR servsi/Aran agentliyi

Yeni ilin başlanması ilə əlaqədar İranın Ali Dini Rəhbəri Seyyid Əli Xamenei bəyanat yayaraq yeni ili “iqtisadi cihad ili” adlandırıb.

İslam-Azeri.az İnternet Qəzetinin İQNA-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Əli Xameni yeni il münasibəti ilə təbrik bəyanatında bildirilir ki, yeni il münasibəti ilə dünyanın hər bir nöqtəsində bütün İranlıları və həmçinin novruz bayramını qeyd edən bütün xalqları təbrik edirəm.

Əlbətdə bəzi ölkələrdə baş verən acı hadisələr – Bəhreyndə əziz xalqın qanının tökülməsi, Yəməndə, Liviyada baş verən hadisələr bu bayramı bizim üçün acı edir və insanın bütün vücudu ilə şadlıq eləməsinə mane olur. Ümid edirəm bu xalqlar – Bəhreyn xalqı, Yəmən xalqı, Liviya xalqı üçün tezliklə fərəc olacaq və bu millətlərin düşmənlərini cəzalandıracaq.

Ötən ildə çox böyük işlər görə bildik. Biz ötən ili (1389) “İki qat səy və iki qat iş ili” adlandırmışdıq və xoşbəxtlikdən bütün il boyu bu şüar əməldə icra olundu. İddia edə bilərəm ki, ötən illər ərzində xalqın, rəsmilərin əməldə və onu ölkənin şəraitinə uyğun icra etməkdə ən çox bəhrə verən şüarlardan biri el bu şüar idi. Həqiqətən İran xalqı və dövlət “iki qat səy və iki qat iş” görə bildilər. Biz bütün sahələrdə iqtisadi, siyasi və digər sahələrdə əhalinin geniş və fəal iştirakının şahidi olduq.

Şükürlər olsun ki, bizim ölkə inkişaf yolunda çox yaxşı hərəkəti başlayıb və davam edir. Əlbətdə bu hərkət gündən-günə daha da sürətlənəcək. Ölkənin ümumi proseslərini analiz edərkən görürük ki, düşmənlər bizim xalqa və hökumətə qarşı gördükləri ən əsas işlərdən biri iqtisadi məsələlərdir. Əlbətdə onlar mədəniyyət sahəsində də bizim əleyhimizə fəal iştirak edirlər, siyasi sahədə də , elmi sahədə də lakin iqtisadi sahədə bizə qarşı daha da aktiv işləyirlər. İran xalqının düşmənlərinin qoyduqları sanksiyalar ölkəmizin inkişafına zərbə endirmək məqsədi ilə qəbul edilir. Əlbətdə onlar öz istəklərinə çata bilmədilər və sanksiyalardan gözlədiləri nəticəni əldə edə bilmədilər. ölkə rəhbərliyinin düşünülmüş addımları düşmənlərin planlarını pozdu, lakin onlar yenə də öz hədəflərinə çatmaq niyyətindədirlər. Bu baxımdan yeni ili bütün diqqətimizi ölkənin ən əsas məsələsinə ki, mənim fikrimcə iqtisadi məsələlərdir yönəltməliyik. Buna görə mən yeni ili “iqtisadi cihad ili” adlandırıram. Ölkə rəhbərliyindən, dövlətdən, parlamentdən,iqtisadi sahədə çalışan digər orqanlardan və həmçinin əziz xalqımızdan istəyirəm ki, yeni ildə iqtisadi sahələrdə cihad etsinlər və bütün gücləri ilə bu sahədə işlər görsünlər.

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Mar 22