Azərbaycanın Rusiyanın ikinci şəhərindəki diplomatik korpusunun rəhbəri çıxışına başlayan kimi tədbirdə iştirak edən Azərbaycanlılar ...
Azərbaycan servisi/Aran agentliyi
Novruz bayramı dünyanın hər yerində olduğu kimi Rusiyada da qeyd edilib.
Bayramla bağlı Sankt-Peterburqda keçirilən konsertdə isə Azərbaycanın bu şəhərdəki baş konsulu Qüdsi Osmanov da iştirak edib.
Bu haqda Islam-Azeri.az İnternet qəzeti xəbər verir.
Tadbirin aparıcıları bayram təbriklərini çatdırmaq üçün Qüdsi Osmanovu səhnəyə dəvət edib.
Lakin Azərbaycanın Rusiyanın ikinci şəhərindəki diplomatik korpusunun rəhbəri çıxışına başlayan kimi tədbirdə iştirak edən Azərbaycanlılar səsgücləndirici ilə Osmanova danışmağa imkan verməmiş və ona qarşı aksiya başlatmışlar.
Baş konsul Qüdsi Osmanova qarşı aparılan bu kampaniyada o azyaşlı azərbaycanlı qıza təcavüzdə ittiham edilib.