Tarix : 2011 Mar 24
Kod 22048

Erməni müxalifəti 200 minlik nümayiş keçirəcək

Küçəyə 100 min adam çıxanda hakimiyyət anlayır ki, güc tətbiq etmək özünüməhvə aparır. Bunu Erməni milli hərəkatının koordinatoru Levon Zurabyan jurnalistlərlə görüşündə bəyan edib
Ermənistan servisi/Aran agentliyi

Küçəyə 100 min adam çıxanda hakimiyyət anlayır ki, güc tətbiq etmək özünüməhvə aparır. Bunu Erməni milli hərəkatının koordinatoru Levon Zurabyan jurnalistlərlə görüşündə bəyan edib.

SalamNews RBK-ya istinadən xəbər verir.

"Bizim məqsədimiz təzyiqi elə bir həddə çatdırmaqdır ki, Serj Sərkisyanı istefaya getməyə və vaxtından öncə prezident seçkiləri keçirməyə məcbur edək", o bildirib.

Zurabyan qeyd edib ki, əgər 200 min insan küçəyə çıxsa, onda "rejim sadəcə qaçacaq". O əlavə edib ki, növbəti mitinqdə bu qədər adamın toplaşacağı gümanları artıq yaranıb. "Proses davam edir, xalq qalxır və biz xalqı ruhlandırmaq və məlumatlandırmaq üçün hər şeyi edəcəyik", Zurabyan vurğulayıb.

Müxalifət nümayəndəsinin sözlərinə görə, o, "qələbəmiz" deyərkən Erməni Milli Konqresinin deyil, xalqın qələbəsini nəxərdə tutur.

Zurabyan üç illik mübarizənin "xalqımızın güzəştə və geriyə getmədiyini, sonuna qədər mübarizə" apardığını göstərdiyini qeyd edib. "Məhz buna görə də, bu bizim ən sevimli şüarlarımızdan biridir". Qeyd edək ki, EMK mitinqlərdə "mübarizə, sonadək mübarizə!" şüarı səsləndirir.

Xatırladaq ki, Ermənistan hakimiyyəti martın 17-i İrəvanda nümayiş keçirən çoxminlik mitinq iştirakçılarına güzəştə gedib. Belə ki, iki müxalifətçi - Roman Msatsakanyan və Arutyun Urutyan vaxtından əvvəl həbsdən azad edilib. 

  • Yazılıb
  • da (də) 2011 Mar 24