Məşhədi Natiq bu cür mesaj yayanları sərt tənqid edərək deyib: “O kəslər ki, şüarlar yazırlar, sonra arxasında durmurlar daha yaxşı olar şüarları, hədisləri yazmasınlar
Azərbaycan servisi/Aran agentliyi
Artıq xəbər verdiyimiz kimi, Bakıətrafı kəndlərin küçələrində yazılan dini şuarlara qarşı gizli “Səlib yürüşü” başladılıb.
Verilən məlumatlara görə, yerli bələdiyyələrə bu şuarları divarlardan silmək əmri verilib.
İslam-Azeri.az İnternet qəzeti bu məsələ ilə bağlı Nardaranın nüfuzlu ağsaqqalı Məşhədi Natiq Kərimovdan münasibət öyrənib.
O bu məsələdən xəbərdar olduğunu önə çəkərək hər bir kəndin şüarları yazdığı kimi o yazıları qorumalı olduğunu bildirib.
Məşhədi Natiq bu cür mesaj yayanları sərt tənqid edərək deyib: “O kəslər ki, şüarlar yazırlar, sonra arxasında durmurlar daha yaxşı olar şüarları, hədisləri yazmasınlar. Nardarana gəlincə isə, kəndimiz bu şüarları və hədisləri divarlara yazıb və arxasında duracaqlar. Əgər bacarırlar gəlib bu yazıların bir xəttini silsinlər. Əmin ola bilərsiniz ki, bu Nardaranda baş tutmayıb və tutmayacaqdır. Nardaran neçə illərdir ki, bu cür məsələlərdən çıxıb. Nardaranda bütün İmamların adına meydanlar var. Biz abadlıq işləri görürük. Bu bizim öz hesabımıza edilir. Müsəlmanlar arxayın olsunlar ki, bu şeylər Nardaranda baş tutmayacaq”.
İslam-Azeri.az İnternet qəzeti bununla bağlı Nardaran qəsəbəsindən fotoreportajını təqdim edir.
Xalqımız özləri qərar versin ki, pozğun reklamlar yaxşıdır, yoxsa insanların mənəviyyatının paklanması üçün yazılan bu hədislər?
P.S. Şəkillərdən istifadə zamanı istinad zəruridir.