Tarix : 2011 Mar 26
Kod 22063

HİCAB MƏHBUSLARI MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK

Azərbaycanda islamofobiya və torpağlarımızın işğalı hələ də davam edir
Azərbaycan servisi/Aran agentliyi

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsindən FaktXeber.com-a verilən məlumata görə, Azərbaycanda islamofobiya və torpağlarımızın işğalı hələ də davam edir. Hicab qadağası aradan qalxmamış yerlərdə hicablı şagirdlər və müəllimələr hələ də ümumi və ali təhsil mərkəzlərində çətinliklərlə qarşılaşır və təhsil ocaqlarına buraxılmırlar. Qarabağ məsləsi 20 ildir ki, uzadılır və bir milyondan çox həmvətənlərimiz hələ də gözləri yaşlıdır. Bu gün ölkədə İslam atributlarının və zəruriyyətinin müsəlman xalqımız arasında qorunmasının əsas məsuliyyəti imanlı və müstəqil din alimlərinin öhdəsinə düşür.

Bu baxımdan ən yaxın zamanda Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bu mövzuda İstanbulda keçirlimiş “Azərbacanda islamofobiya” beynəlxalq mətbuat konfransının ardınca Bakıda müstəqil nüfuzlu ruhanilərin iştirakı ilə mətbuat konfransı keçirirəcək.

Konfransda ölkəmizədə torpağlarımızın işğalının hələ də davam etdirilməsi, müsəlman bir ölkə olduğumuz halda, baş örtüyü problemi, həbs olunmuş din alimləri və möminlərin hüquqlarının bərpası, onların hüquqlarının müdafiəsi, tezliklə azadlığa buraxılması və ölkdə gündəmdə olan sair məsələlər haqqında nəzərlər açıqlanıcaq və sonda qətnamə oxunacaq. Həmçinin, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin daimi nümayəndəliynin Azərbaycanda açılması elan olunacaqdır.

Allaha, İslama, Qurana, əziz Peyğəmbərimizə (s) və onun pak Əhli-Beytinə (ə) zərrə qədər imanı və məhəbbəti olan hər bir müsəlman alim və mömin Vətənimizin bu günkü vəziyyətində, torpaqlarımızın işğalının davam olunması və ölkədə gedən islamofobiyaya qarşı sakit dayanmayacaq və bu yolda, Allah-taalanın onlara verdiyi hüquqlarının və vacib təkliflərinin öz canları bahasında da olmuş olsa, tam şəkildə bərpa olunmasına nail olacaqlar. İnşallah! 

  • Yazılıb
  • da (də) 2011 Mar 26