Azərbaycanda islamofobiya və torpağlarımızın işğalı hələ də davam edir. Hicab qadağası aradan qalxmamış yerlərdə hicablı şagirdlər və müəllimələr ...
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycanda islamofobiya və torpağlarımızın işğalı hələ də davam edir. Hicab qadağası aradan qalxmamış yerlərdə hicablı şagirdlər və müəllimələr hələ də ümumi və ali təhsil mərkəzlərində çətinliklərlə qarşılaşır və təhsil ocaqlarına buraxılmırlar. Qarabağ məsləsi 20 ildir ki, uzadılır və bir milyondan çox həmvətənlərimiz hələ də gözləri yaşlıdır. Bu gün ölkədə İslam atributlarının və zəruriyyətinin müsəlman xalqımız arasında qorunmasının əsas məsuliyyəti imanlı və müstəqil din alimlərinin öhdəsinə düşür.
Bu baxımdan ən yaxın zamanda "HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ" bu mövzuda İstanbulda keçirlimiş “Azərbacanda islamofobiya” beynəlxalq mətbuat konfransının ardınca Bakıda müstəqil nüfuzlu ruhanilərin iştirakı ilə mətbuat konfransı keçirəcək.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, konfransda ölkəmizədə torpağlarımızın işğalının hələ də davam etdirilməsi, müsəlman bir ölkə olduğumuz halda, baş örtüyü problemi, həbs olunmuş din alimləri və möminlərin hüquqlarının bərpası, onların müdafiəsi və tezliklə azadlığa çıxarılması və ölkədə gündəmdə olan sair məsələlər haqqında nəzərlər açıqlanacaq və sonda qətnamə oxunacaq. Həmçinin, "HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ"nin daimi nümayəndəliynin Azərbaycanda açılması elan olunacaqdır.
Allaha, İslama, Qurana, əziz Peyğəmbərimizə (s) və onun pak Əhli-Beytinə (ə) zərrə qədər imanı və məhəbbəti olan hər bir müsəlman alim və mömin Vətənimizin bu günkü vəziyyətində, torpaqlarımızın işğalının davam olunması və ölkədə gedən islamofobiyaya qarşı sakit dayanmayacaq və bu yolda, Allah-taalanın onlara verdiyi hüquqlarının və vacib təkliflərinin öz canları bahasına da olmuş olsa, tam şəkildə bərpa olunmasına nail olacaqlar. İnşallah!
islam-azeri.az